Dünya Minifutbol Federasiyası (WMF) BƏƏ-də keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.
Arena.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan minifutbol üzrə Azərbaycan millisi yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib.
Reytinq cədvəlinə son dünya çempionu Meksika yığması başçılıq edir. Çexiya futbolçuları 2-ci, rumınlar isə 3-cü pillədə qərarlaşıblar.
İlk 10 pillədə qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- Meksika – 3500
- Çexiya – 2800
- Rumıniya – 2475
- Macarıstan – 2025
- Azərbaycan – 2000
- Braziliya – 1787,5
- Slovakiya – 1500
- Qazaxıstan – 1350
- Çili – 1275
- Ukrayna – 1262,5


