Basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, B qrupunda qərarlaşan millimiz yerli Andorra yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığması qrupda növbəti oyununu Moldovaya qarşı keçirəcək. İyulun 19-da baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.


