Basketbol: Azərbaycan millisi tarixi ilkə imza atacaq

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə o da bildirilir ki, bu, Azərbaycanın qadın basketbolu tarixində ilkdir. Azərbaycan millisi FİBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində ilk dəfə mübarizə aparacaq.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: