Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edəcək.
Azərbaycan təmsilçilərindən “Sabah”la “Neftçi” də növbəti matçlarına bu gün çıxacaqlar. Onlar doğma meydanda müvafiq olaraq Serbiya “Partizan”ı və Türkiyə nəhəngi “Beşiktaş”la qarşılaşacaqlar.
“Neftçi” bu raundda “Beşiktaş”ı keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Sabah” isə “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandasına uduzsa, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşmacaq. Bir sözlə, bu komandaların oyunlarında qeydə alınacaq nəticələr də az önəm kəsb etmir.
Türkiyənin Konfrans Liqasındakı digər təmsilçilərindən “Fənərbaxça” bu gün “Maribor”u (Sloveniya), “Adana Dəmirspor” isə “Osiyek”i (Xorvatiya) qəbul edəcək.
Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri isə 17 avqustda baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
9 avqust
AEK (Larnaka, Kipr) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:1
“Gent” (Belçika) – “Poqon” (Polşa) 5:0
10 avqust
18:00. “Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya)
19:00. “Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq)
20:00. “Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan)
20:00. “Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya)
21:00. “Dila” (Gürcüstan) – APOEL (Nikosiya, Kipr)
21:00. “Santa Koloma” (Andorra) – “Alkmaar” (Niderland)
21:00. “Legiya” (Polşa) – “Austriya” (Avstriya)
21:00. “Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə)
21:00. “Omoniya” (Kipr) – “Midtyulland” (Danimarka)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Qzira Yunayted” (Malta)
21:00. “Rusenborq” (Norveç) – “Hart” (Şotlandiya)
21:00. “Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan)
21:00. “Valmiera” (Latviya) – “Partizani” (Albaniya)
21:30. “Farul” (Rumıniya) – Flora (Estoniya)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) – “Levski” (Bolqarıstan)
21:30. “Hamrun Spartans” (Malta) – “Ferentsvaroş” (Macarıstan)
22:00. “Adana Dəmirspor” (Türkiyə) – “Osiyek” (Xorvatiya)
22:00. “Aroka” (Portuqaliya) – “Brann” (Norveç)
22:00. “B36 Torshavn” (Farer adaları) – “Riyeka” (Xorvatiya)
22:00. “Çelye” (Sloveniya) – “Neman” (Belarus)
22:00. “Brügge” (Belçika) – “Akureyri” (İslandiya)
22:00. “Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya)
22:00. “Lex” (Polşa) – “Spartak” (Trnava, Slovakiya)
22:00. “Tvente” (Niderland) – “Riqa” (Latviya)
22:15. “Aris” (Saloniki, Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna)
22:30. “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka)
22:30. “Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə)
22:45. “Ballkani” (Kosovo) – “Linkoln” (Cəbəllüttariq)
23:00. “Hayduk” (Split, Xorvatiya) – PAOK (Yunanıstan)
23:00. “Rapid” (Vyana, Avstriya) – “Debretsen” (Macarıstan)


