Premyer Liqa: 4-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Araz-Naxçıvan” – “Sumqayıt” matçını Kamal Umudlu idarə edəcək.

Şənbə gününə təsadüf edəcək “Turan Tovuz” – “Səbail” matçı Tural Qurbanova, “Zirə” – “Sabah” oyunu Elçin Məsiyevə tapşırılıb.

“Neftçi” – “Qəbələ” oyununda Rəşad Əhmədov söz sahibi olacaq. Son çempion “Qarabağ”la autsayder “Kəpəz”in oyununu isə Əli Əliyev idarə edəcək.

Premyer Liqa
4-cü tur
25 avqust

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Dalğa Arena”, 20:00.

26 avqust

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 17:00.

“Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

27 avqust

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi Arena”, 18:30.

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı. “Azersun Arena”, 20:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: