Paraqvadan olan 29 yaşl yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərkəz yarımmüdafiəçisi ilə 1+1 il şərtli müqavilə imzalanıb. Futbolçu yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdes Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.
Xatırladaq ki, “Neftçi” daha öncə Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Şinyaşiki və Aaron Olanare ilə də güclənib. Turan Vəlizadə isə icarədən qayıdıb. İvan Brkiç və Emin Mahmudovla da yeni müqavilə bağlamış paytaxt klubunda Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç, Solomon Kvirkveliya ilə yollar ayrılıb. Xəyal Nəcəfov isə “Turan Tovuz”a icarəyə verilib.


