Artyom Butyankov rəsmən “Sabah”da!

Basketbol üzrə Latviya milli komandasının hücumçusu Artyom Butyankov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 204 sm boya malik 32 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Geniş avrokubok təcrübəsinə malik Artyom Butyankov klub karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaya”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Civova Skafati” komandalarında çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Desmond Kembric, Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Entoni Vilson, Smit Donovan, Şirzad Şirzadov və Endər Poladxanlını da transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 il uzadılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: