Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024 mövsümündə cənub bölgəsini “Cəlilabad” komandası təmsil edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytıı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən mövsüm “Zirvə Astara” adı ilə çıxış edən bu komanda yeni mövsümdən etibarən ev oyunlarını Cəlilabadın Olimpiya İdman Kompleksində keçirəcək. Yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb. Yekun tamamlanma işləri bitdikdən sonra arena “Cəlilabad” klubunun istifadəsinə veriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Bakını təmsil edən NTD komandası da adını dəyişib. Bundan sonra NTD-INDİGO adlanacaq bu kollektiv də yeni mövsümdən Xaçmazı təmsil edəcək və ev oyunlarını bölgədə keçirəcək.


