Yussuf Poulsen “Leypsiq”lə müqaviləsini yenilədi

Bundesliqa təmsilçisi “Leypsiq” komandanın danimarkalı mərkəz hücumçusu Yussuf Poulsen ilə müqaviləsini yeniləyib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, yeni müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Poulsen “Leypsiq”ə 2013-cü ilin iyul ayında 1,55 milyon avro qarşılığında “Lönqbü”dən keçib.

Cari mövsümdə hücumçu “buğalar”ın heyətində 13 oyuna 2 məhsuldar ötürmə ilə fərqlənib.

Poulsenin “Leypsiq”in heyətində ümumi statistikası isə beldir: 371 oyun, 85 qol, 65 məhsuldar ötürmə.

Danimarkalı hücumçu “Leypsiq”lə 2 dəfə Almaniya Kubokunun (2021/2022, 2022/2023) və 1 dəfə Almaniya Super Kubokunun (2023/2024) qalibi olub.

Yussuf Poulsen 2013-cü ilin yanvar ayında debüt etdiyi Danimarka yığmasının heyətində 74 oyun keçirib, 12 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Vurğulayaq ki, Poulsen Danimarkanın U-16 yığmasından Olimpiya yığması da daxil olmaqla, bütün yaş qrupları üzrə yığmalarda zəngin oyun təcrübəsinə malikdir.

“Transfermarkt” internet-portalı 29 yaşlı Yussuf Poulseni 7 milyon avro məbləğində qiymətləndirir

Xəbəri sosial şəbəkələrdə paylaş: