Yüksək Liqa: Birinci dövrəyə yekun vuruldu

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, birinci dövrənin son turunun bütün görüşləri Bakı İdman Sarayında baş tutub.

İlk matçda autsayder “Record”la liderin ən yaxın izləyicisi “Baku Fire” üz-üzə gəlib. Hesab fasiləyə 2 dəqiqə qalmış açılıb. 18 dəqiqə müqavimət göstərən “Record” 20 saniyə ərzində rəqibin ardıcıl 2 qol vurmasına mane ola bilməyib. İkinci hissə daha məhsuldar olub..

İkinci oyunda da böyükhesablı qələbə qeydə alınıb. Son çempion “Araz-Naxçıvan” bu dəfə Azərbaycanın U-19 millisini sınağa çəkib və 7 cavabsız qol vurmaqla xal ehtiyatını 13-ə yüksəldib.

Turun ən bol qollu matçında isə 3 xalı “Neftçi” İK qazanıb. Sözügedən komanda “Yasamal Bakı”ya 12 qolla qalib gəlib.

Yüksək Liqa
5-ci tur
2 noyabr

Record – Baku Fire 1:6
Qollar: Mojtaba Vali, 31:19 – Fərid Ələkbərov, 18:13. Nihad İsmayılov, 18:32; 30:17. Tofiq Əliyev, 26:45; 36:51. Faiq Əliyev, 28:12.
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:00.

U-19 – Araz-Naxçıvan 0:7
Qollar: İsa Atayev, 9:42. Xəzər Ağalızadə, 9:55. Xətai Bağırov, 16:51; 22:25. Lukas Romao, 22:57. Emil Həsənzadə, 30:41. Məhəmməd Abbasov, 33:10.
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:00.

Yasamal Bakı – Neftçi İK 4:12
Qollar: Rüstəm Bağırov, 36:19; 37:55; 39:17; 39:43 – Amir Şojaei, 3:45. Namiq Məmmədkərimov, 8:02. Tofiq Məlikov, 8:56-öz qapısına. Vahib Xocayev, 24:30. Mirzə Əmirov, 26:47. Reza Abqoun, 27:55; 28:22; 28:29; 34:30; 36:01. Şahbaz Həndəmli, 32:31. Ülvi Əliyev, 37:18.
Hakimlər: Əli Cəbrayılov, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.

Xal: Araz-Naxçıvan – 13. Baku Fire – 11. Neftçi İK – 10. Yasamal Bakı – 4. U-19 – 2. Record – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: