Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci dövrənin ilk turunun bütün oyunları Bakı İdman Sarayında baş tutub.
Əvvəlcə, “Baku Fire” “Neftçi” İK ilə üz-üzə gəlib. Medallara iddialı iki komandanın oyunundan əvvəl 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar federasiya rəhbərliyinin tərbiki çatdırılıb və dövlət himni səsləndirilib. Oyuna gəlincə, gərgin keçən matçda 5:5 hesabı qeydə alınıb. Xatırladaq ki, bu komandalar arasında birinci dövrədə keçirilmiş oyunda da eyni hesab qeydə alınmışdı.
Lider “Araz-Naxçıvan” bu dəfə “Yasamal Bakı”nı sınağa çəkib. Son çempion rəqibini böyük hesabla məğlub edib. U-19 isə “Record”la qarşılaşmada darmadağına üzülüb. Bu, “Record”un cari mövsümdəki ilk qələbəsidir.
Yüksək Liqa
6-cı tur
9 noyabr
Baku Fire – Neftçi İK 5:5
Qollar: Oktay Rüstəmli, 13:47. Tofiq Mikayılov, 15:31. Kənan Manafov, 29:43; 31:55; 37:10 – Fərid Atakişiyev, 1:20; 21:33. Ülvi Əliyev, 15:16. Şoruş Heydəri, 21:09. Namiq Məmmədkərimov, 26:58.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Elgün Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.
Yasamal Bakı – Araz-Naxçıvan 1:9
Qollar: Fuad Məmmədzadə, 2:07 – Erik Danillo, 4:22. İsa Atayev, 11:43. Xətai Bağırov, 19:06. Emil Həsənzadə, 22:57. Məhəmməd Abbasov, 27:27. Xəzər Ağalızadə, 29:09; 29:25. Tofiq Hüseynov, 31:21. Fuad Məmmədzadə, 37:07-öz qapısına.
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:00.
U-19 – Record 0:7
Qollar: Cavad Barzegar, 5:33. Arzu Abbasov, 13:39. Danial Şarifi, 17:03. Mojtaba Vali, 18:42; 33:10. Mehdi Amiri, 32:26. Rasim Mikayılov, 39:05.
Hakimlər: Kənan Məlikov, Xəlil Xəlilov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 18:00.


