“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta futbol tarixinə nəzər salaraq, kiçik rəmzi komandası üçün beşliyi müəyyən edib.
Arena.az “Planet Football” dərgisinə istinadən, Artetanın seçimini diqqətinizə çatdırır:
“Bir nömrə Messi olmalıdır. Bu dəqiqdir, çünki mənim fikrimcə o, futbol tarixinin ən təsirli oyunçusudur. Biz illərdir onun meydanda etdiyini edən kimsəni görməmişik. Sonra əlbəttə ki, Ronaldunu seçərdim və Ronaldonu da götürərdim, çünki uşaqlıqdan ona aşiq olmuşam. Təsəvvür edin ki, Cümə axşamı gecəsi gəlib bu üç nəfərlə qarşılaşırsınız. Mən Yohan Kruiffi də zəkasına və oyun üçün etdiklərinə görə mütləq oraya qoyardım.
Almalı olduğum digər oyunçu isə Maradonadır. Ailəmə və qismən argentinaəsilli olduğuma görə, həm də həyat yoldaşıma görə. O, futbolu futbolu və “Barselona”nı dəyişdiyinə görə orada olmağa layiqdir”, deyə Arteta bildirib.
Xatırladaq ki, Mikel Arteta 2019-cu ilin dekabrından “Arsenal”ı çalışdırır. Artetanın “topçular”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Arsenal” Mikel Artetanın peşəkar böyük futbolda çalışdırdığı ilk klubdur. İspan mütəxəssis “topçular”ı ümumilikdə 198 oyuna çıxarıb, 118 qələbə qazandırıb, 30 heç-heçə edib, 50 məğlubiyyət alıb. Top fərqi isə 373:218 nisbətindədir.
Arteta “Arsenal”la İngiltərə Kubokunun (2019/2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.


