Orel Amenda “Ayntraxt”ı “Koventri Siti”yə dəyişdi

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun mərkəz müdafiəçisi Orel Amenda bundan sonra “Koventri Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı isveçrəli futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, transferin dəyəri 18 milyon avro təşkil edib.

Orel Amenda İsveçrənin “Yanq Boyz” klubunun yetirməsidir. Müdafiəçi 2024-cü ildə məhz bu klubdan 9,5 milyon avro müqabilində “Ayntraxt”a keçmişdi. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 42 oyun keçirib.

Amenda “Yanq Boyz”la İsveçrə çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb.

İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2024-cü ildə debüt əsas millinin heyətində 7 matça çıxıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: