Fevralın 13-də UEFA Çempionlar Liqasının “Leypsiq”lə keçiriləcək oyunu öncəsi “Real”ın klub avtobusu Almaniyada yol qəzasına uğrayıb.
Arena.az bu barədə “El Chiringuito TV”-yə istinadən məlumat verir.
Bildirilir ki, magistral yolda başqa bir avtomobilin sürücüsü öz avtomobilindən klub avtobusunu videoya çəkərkən idarəetməni itirib və onun avtomobili avtobusa çırpılıb. Ölüm-itim olmadığı bildirilir.
Xatırladaq ki, “Real” “Leypsiq”lə oyuna məhz avtobusla yollanmaq məcburiyyətində qalıb. Belə ki, Leypsiqin şəhər hava limanının işçilərinin tətil elan etməsindən sonra “kral klubu”nun mənzil başına çatmaq üçün başqa yolu qalmayıb. Madrid klubunun heyətini Almaniyaya aparan təyyarə Erfurt şəhərində eniş edib, buradan komanda avtobusla Leypsiqə yollanıb. Şəhərlər arasında məsafə 160 km təşkil edir.


