Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.
Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edəcək.
Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə məhz bu gecə üz-üzə gələcək. Ağdam klubu bu rəqibə qarşı ilk oyununa səfərdə çıxacaq.
Türkiyə çempionu “Qalatasaray” da Çexiyanın “Sparta” (Praqa) kollektivi ilə ilk oyununu doğma meydanda keçirəcək.
Ən maraqlı oyunlardan biri də Niderland “Feyenoord”u ilə İtaliya “Roma”sı arasında baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar Avroliqanın 1/8 finalına vəsiqə qazanacaqlar.
Avropa Liqası
Pley-offun ilk oyunları
15 fevral
21:45. Feyenoord (Niderland) – Roma (İtaliya)
21:45. Qalatasaray (Türkiyə) – Sparta (Praqa, Çexiya)
21:45. Şaxtyor (Donetsk, Ukrayna) – Olimpik (Marsel, Fransa)
21:45. Yanq Boyz (İsveçrə) – Sportinq (Portuqaliya)
00:00. Milan (İtaliya) – Renn (Fransa)
00:00. Benfika (Portuqaliya) – Tuluza (Fransa)
00:00. Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan)
00:00. Lans (Fransa) – Frayburq (Almaniya)


