“Qalatasaray”dan çətin, “Milan”dan asan qələbə – Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edib.

Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə məhz bu gecə üz-üzə gəlib. Ağdam klubu bu rəqibə qarşı ilk oyununa səfərdə çıxıb və Portuqaliyada möhtəşəm qələbəyə imza atıb.

Türkiyə çempionu “Qalatasaray” da Çexiyanın “Sparta” (Praqa) kollektivi ilə qarşılaşıb. Bu rəqibə qarşı ilk oyununu doğma meydanda keçirən İstanbul nəhəngi çətin qələbəyə sevinib.

Ən maraqlı oyunlardan biri də Niderland “Feyenoord”u ilə İtaliya “Roma”sı arasında baş tutub. Tərəflər ilk oyunda hərəyə 1 qolla kifayətləniblər.

İtaliyanın digər təmsilçisi “Milan” doğma meydanda Fransanın “Renn” komandasını 3 cavabsız qolla yenib.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar Avroliqanın 1/8 finalına vəsiqə qazanacaqlar.

Avropa Liqası
Pley-offun ilk oyunları
15 fevral

Feyenoord (Niderland) – Roma (İtaliya) 1:1
Qollar: Payşao, 45+1 – Lukaku, 67.

Qalatasaray (Türkiyə) – Sparta (Praqa, Çexiya) 3:2
Qollar: K.Demirbay, 19. Kreyçi, 60-öz qapısına. İkardi, 90+1 – Presyado, 47. Kuxta, 47.

Şaxtyor (Donetsk, Ukrayna) – Olimpik (Marsel, Fransa) 2:2
Qollar: Matvienko, 68. Equinaldo, 90+3 – Obameyanq, 64. Ndiaye, 90.

Yanq Boyz (İsveçrə) – Sportinq (Portuqaliya) 1:3
Qollar: Uqriniç, 42 – Amenda, 31-öz qapısına. Qyokeres, 41-pen. İnasio, 48.

Milan (İtaliya) – Renn (Fransa) 3:0
Qollar: Loftus-Çik, 32; 47. Leao, 53.

Benfika (Portuqaliya) – Tuluza (Fransa) 2:1
Qollar: Di Mariya, 68-pen; 90+8-pen – Desler, 75.

Lans (Fransa) – Frayburq (Almaniya) 0:0

Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan) 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: