Nasser Əl-Xelaifi PSJ-nin keçmişi ilə fəxr etdi

PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi Fransa nəhənginin dəyişdirilmiş idman strategiyasından danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, Əl-Xelaifinin bu barədə fikirlərini təqdim edir:

“Zlatan İbrahimoviç, Lionel Messi və Neymarın komandamızda oynadığı və klubumuzu təmsil etdiyi mənim üçün böyük şərəfdir. Aydındır ki, bu da strategiyanın bir hissəsi idi. İndi, bildiyiniz kimi, yeni bir dövrə başlayıb. Amma biz həmişə fəxr edəcəyik ki, belə oyunçularımız olublar – əvvəllər heç kim onları PSJ-nin köynəyində təsəvvür edə bilməzdi”, deyə Nasser Əl-Xelaifi bildirib.

Hazırda ispan mütəxəssis Luis Enrikenin çalışdırdığı PSJ 25 oyundan 56 xalla Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir. PSJ cari mövsüm Fransa Super Kubokunu qazanıb. Həmçinin Fransa nəhəngi ölkə kubokunun və Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və mübarizəsini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: