“Barselona” “Nike” ilə “Puma” arasında döyükür

“Barselona” texniki sponsorunu dəyişmək barədə düşünməyə davam edir və klub rəhbərliyi hələ də tərəddüdlər içindədir.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Hazırda kataloniyalıları amerikan brendi “Nike” təchiz edir, amma alman şirkəti “Puma” “blauqrana”ya 100 milyon avro məbləğində imza üstəliyi təklif edir.

“Puma”nın belə bir təklifi alman brendinin xeyrinə ciddi əsasa çevrilə bilər. Hazırda “Barselona” “Nike”dən mövsümdə 85 milyon avro məbləğində gəlir götürür, daha 25 milyon avro məbləğ isə “Barsa”ya üstəlik olaraq verilir. Eyni zamanda, amerikan şirkəti müəyyən hədəflərin yerinə yetirilməməsinə görə kluba cərimələr sistemi təqdim edib. “Puma” isə öz növbəsində, imza üstəliyinə əlavə olaraq, illik sabit gəliri “Barsa”ya 120 milyon avro mələğində ödəməyə hazırdır.

Vurğulanır ki, hazırda maliyyə vəziyyəti heç də ürəkaçan olmayan “Barselona”nın rəhbərliyi “Puma” ilə əməkdaşlığa meyilli olsa da, “Nike” nümayəndələrindən yekun, təkmil təklif gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: