Konfrans Liqasında da 1/4 finalın bütün iştirakçıları bilindi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su səfərdə Yunanıstan PAOK-u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu rəqibini doğma meydanda 2 cavabsız qolla məğlub etmişdi. Amma səfərdə böyük hesabla uduzan Xorvatiya çempionu avrokuboklarla vidalaşıb. Zədəli Mahir cavab matçında da forma geyinməyib.

Türkiyənin “Fənərbaxça” komandası Belçikada 3 cavabsız qolla qalib gəldiyi “Yunion”u bu dəfə doğma meydanda sınağa çəkib. Türkiyə nəhəngi evdə məğlub olsa da, ilk oyundakı darmadağın sayəsində mərhələ adlayıb.

PAOK və “Fənər”dən başqa “Fiorentina”, “Viktoriya” (Plzen), “Aston Villa”, “Brügge”, “Lill” və “Olimpiakos” da 1/4 finalda mübarizə aparmaq hüququq qazanıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – martın 14-də atılacaq.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
14 mart

Fənərbaxça (Türkiyə) – Yunion (Belçika) 0:1 (ilk oyun 3:0)
Qollar: Rasmussen, 68.

Fiorentina (İtaliya) – Makkabi (Hayfa, İsrail) 1:1 (4:3)
Qollar: Barak, 59 – Xalali , 88.

PAOK (Yunanıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 5:1 (0:2)
Qollar: Baba, 27. Şuçiç, 33-öz qapısına. B.Tomas, 42. Kulyerakis, 72. Jivkoviç, 88-pen – Hoca, 49.

Viktoriya (Çexiya) – Servett (İsveçrə) 0:0, penaltilər – 3:1 (0:0)

Aston Villa (İngiltərə) – Ayaks (Niderland) 4:0 (0:0)
Qollar: Uotkins, 25. Beyli, 60. Duran, 75. Diabi, 81.

Brügge (Belçika) – Molde (Norveç) 3:0 (1:2)
Qollar: Olsen, 45+1; 48. Skoras, 70.

Makkabi (Təl-Əviv, İsrail) – Olimpiakos (Yunanıstan) 1:6 (4:1)
Qollar: Zahavi, 57-pen – Podense, 10. Fortunis, 36. El Kaabi, 45+3; 65. Yovetiç, 93.

Lill (Fransa) – Şturm Qrats (Avstriya) 1:1 (3:0)
Qollar: T.Santos, 43 – Byeret, 45+2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: