“Fənərbaxça” Konfrans Liqasında “Olimpiakos”a məğlub oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da növbəti matçına çıxıb. İstanbul təmsilçisi 1/4 finalda Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gəlib. Tərəflər arasındakı ilk oyun Yunanıstanda baş tutub. Beş qolun qeydə alındığı qarşılaşma Türkiyə təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Günün digər oyunlarında “Aston Villa” (İngiltərə) “Lill”i (Fransa), “Brügge” (Belçika) isə PAOK-u (Yunanıstan) qəbul edib. Bu iki oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Viktoriya” (Plzen, Çexiya) ilə “Fiorentina” (İtaliya) arasındakı ilk oyunda isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də keçiriləcək. Yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
11 aprel

“Viktoriya” (Plzen, Çexiya) – “Fiorentina” (İtaliya) 0:0

“Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə) 3:2
Qollar: Fortunis, 8. Yovetiç, 32. Çikinyo, 57 – Tadiç, 68-pen. İ.C.Kahveci, 74.

“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) 2:1
Qollar: Uotkins, 13. Makqin, 56 – Diakite, 84.

“Brügge” (Belçika) – PAOK (Yunanıstan) 1:0
Qol: Vetlesen, 6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: