Avropa Konfrans Liqasının yeni qalibi – “Olimpiakos”!

Bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2023/2024 mövsümünün final oyunu keçirilub və yeni qalib müəyyənləşib.

Arena.az xəbər verir ki, final matçında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları üz-üzə gəliblər.

Afinadakı “AEK Arena”da baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start verilib. Görüşü portuqaliyalı Artur Diasın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Həlledici matçın əsas vaxtı qolsuz bitib. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan Ayyub Əl-Kaabi “Olimpiakos”a tarixi zəfər sevinci yaşadıb. Belə ki, Yunanıstan klubu tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Avropa Konfrans Liqasının qalibi adını qazanıb.

Avropa Konfrans Liqası
Final
29 may

Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya) 0:1
Qol: Ayyub Əl-Kaabi, 116.
Baş hakim: Artur Dias (Portuqaliya)
Afina. “AEK Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: