Azərbaycanlı FİFA referisi Kamal Umudlu Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün oyununa təyinat alıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim bu turnirin 1-ci təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununda iş başında olacaq.
Kamal Umudlu Albaniyada keçiriləcək bu oyunda baş hakim olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, “Vlajniya” – “Valyur” matçı iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun iyulun 11-də İslandiyada keçiriləcək.


