AÇ-2024: 1/8 finalı buraxacaq oyunçuların siyahısı açıqlandı

Qrup mərhələsində 2 dəfə xəbərdarlıq almış futbolçular nizmanaməyə müvafiq cəza səbəbindən AÇ-2024-ün 1/8 final oyunlarını buraxacaqlar.

Arena.az ələmə mərhələsinin 1/8 final oyunlarında iştirak etməyəcək oyunçuların siyahısını təqdim edir:

İsveçrə – İtaliya: Silvan Vidmer / Rikkardo Kalafyori;

Almaniya – Danimarka: Conathan Ta / Morten Yulmann;

İspaniya – Gürcüstan: Heç kim / Anzor Mekvabişvili;

Portuqaliya – Sloveniya: Heç kim / Erik Yanja;

Rumıniya – Niderland: Nikusor Banku / Heç kim;

Avstriya – Türkiyə: Patrik Vimmer / Hakan Çalhanoglu və Samet Akaydın.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin oyunları iyunun 29-da başlayacaq.

İyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: