Gürcüstan millisi AÇ-də gözlənilən buraxılacaq qollar üzrə liderdir

Gürcüstan millisi Avropa çempionatının (AÇ-2024) qrup mərhələsində xG göstəricisinə görə, gözlənilən buraxılacaq qollar üzrə liderdir.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Gürcüstan millisi xG göstəricisinə görə, gözlənilən buraxılacaq qollar üzrə 8,1 göstəricisinə rəğmən, qrup mərhələsini adlayaraq, ələmə mərhələsinə yüksəlməyi bacarıb.

Gürcüstan millisi Türkiyə (1:3), Çexiya (1:1) və Portuqaliya (2:0) komandaları ilə “F” qrupunda mübarizəni 4 xalla 3-cü pillədə başa vuraraq, ⅛ final mərhələsinə çıxıb.

AÇ-2024-də xG göstəricisinə görə, gözlənilən buraxılacaq qollar üzrə komandaların beşliyi:

  1. Gürcüstan – 8,1;
  2. Polşa – 5,9;
  3. Albaniya – 5,8;
  4. Avstriya – 5,5.
  5. Türkiyə – 4,8.

1/8 final mərhələsində Gürcüstan millisi İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyunun 30-da Bakı vaxtı ilə saat 23:00-da başlayaccaq.

Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: