“Barselona”nın və İspaniya yığmasının 16 yaşlı vingeri Lamin Yamal yetirməsi olduğu Kataloniya komandasındakı kumirindən danışıb.
Arena.az xəbər verir ki, böyük əksəriyyətin təəccübünə rəğmən, Yamal argentinalı ulduz hücumçu Lionel Messinin deyil, braziliyalı ulduz hücumçu Neymarın adını çəkib:
“Mən həmişə deyirəm ki, Lionel Messi tarixin ən yaxşı futbolçusudur. Amma Neymarın oynamasını daha çox bəyənirəm”, deyə Yamal vurğulayıb.
Xatırladaq ki, argentinalı ulduz 2002-2021-ci illərdə “Barselona”da oynayıb. Neymar isə 2013-2017-ci illər aralığında Kataloniya təmsilçisinin uğurları üçün çalışıb.
Yamal heç vaxt oynamayacağı komandanın adını da açıqlayıb:
“Mən heç vaxt “Real”da oynamayacaqlarını deyən “Barselona” azarkeşlərindənəmmi? Bəli”, deyə yeniyetmə futbolçu vurğulayıb.
Qeyd edək ki, “Real” İspaniyada “Barselona”nın əzəli və ən əsas rəqiblərindəndir.
16 yaşlı yeniyetmə Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.
“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


