Konfrans Liqasında yeni mövsümün ilk iki xoşbəxti bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Hər iki qarşılaşmada meydan sahibləri iki qollu məğlubiyyətin revanşını almağa çalışıblar. “Auda” səfərdə yeganə qolla qalib gəlib. “Kruzeyders” sə rəqibini 3:1 hesabı ilə məğlub edib. Nəticədə qalib penalti seriyasında müəyyənləşib və daha dəqiq olan uelslilər mərhələ adlayıblar.

Qeyd edək ki, Avropa Konfrans Liqasında ilk mərhələyə iyulun 18-də yekun vurulacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
17 iyul

“B-36 Torshavn” (Farer adaları) – “Auda” (Latviya) 0:1
İlk oyun – 0:2

“Kruzeyders” (Şimali İrlandiya) – “Karmarfon” (Uels) 3:1 (penaltilər – 7:8
İlk oyun – 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: