Avropa Konfrans Liqasında 3-cü raunda yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 26 qarşılaşma baş tutacaq.

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Zirə” də bu turnirdə növbəti sınaqlarına çıxacaqlar. “Bayquşlar” İrlandiya təmsilçisi “Sent-Patriks Atletik”i, “qartallar” isə Xorvatiya “Osiyek”ini qəbul edəcəklər.

Xatırladaq ki, daha öncə “Hakken”, “Paks”, “Astana” və “Omoniya” komandaları Konfrans Liqasının pley-offuna vəsiqəni təmin ediblər.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

“Payde” (Estoniya) – “Hakken” (İsveç) 1:1 (1:6)
“Mornar” (Monteneqro) – “Paks” (Macarıstan) 2:2 (0:3)

14 avqust

“Astana” (Qazaxıstan) – “Hunedoara” (Rumıniya) 6:1 (2:1)
“Fehervar” (Macarıstan) – “Omoniya” (Kipr) 0:2 (0:1)

15 avqust

20:00. “Flora” (Estoniya) – “Vikinqur” (İslandiya) (1:1)
20:00. “Legiya” (Polşa) – “Brondbü” (Danimarka) (3:2)
20:00. “Pünik” (Ermənistan) – “Ordabası” (Qazaxıstan) (1:0)
20:00. “Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) (0:1)
20:30. “Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) (1:1)
21:00. “Brann” (Norveç) – “Sent Mirren” (Şotlandiya) (1:1)
21:00. ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) (1:0)
21:00. “Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) (1:1)
21:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Mlada Boleslav” (Çexiya) (1:1)
21:00. “Banik” (Çexiya) – “Kopenhagen” (Danimarka) (0:1)
21:00. “Pafos” (Kipr) – ÇSKA 1948 (Sofiya, Bolqarıstan) (1:2)
21:00. “Şerif” (Moldoca) – “Olimpiya” (Sloveniya) (0:3)
21:00. “Tromse” (Norveç) – “Kilmarnok” (Şotlandiya) (2:2)
21:30. AEK (Afina, Yunanıstan) – “Noah” (Ermənistan) (1:3)
21:45. “Başakşəhər” (Türkiyə) – “İberiya” (Gürcüstan) (1:0)
22:00. “Drita” (Kosovo) – “Auda” (Latviya) (0:1)
22:00. “Voyvodina” (Serbiya) – “Maribor” (Sloveniya) (1:2)
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Botev” (Bolqarıstan) (1:2)
22:30. “Gent” (Belçika) – “Silkeborq” (Danimarka) (2:2)
22:30. “Slask” (Polşa) – “Sankt Qallen” (İsveçrə) (0:2)
22:30. “Visla” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) (1:3)
23:00. “Deçiç” (Monteneqro) – HJK (Finlandiya) (0:1)
23:00. “Hayduk” (Xorvatiya) – “Rujomberok” (Slovakiya) (0:0)
23:00. “Larne” (Şimali İrlandiya) – “Balkani” (Kosovo) (1:0)
23:00. “Puşkaş Akademiyası” (Macarıstan) – “Ararat” (Ermənistan) (1:0)
23:15. “Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Sürix” (İsveçrə) (3:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: