Konfrans Liqasında 3-cü raunda yekun vuruldu – Son 26 qalib

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 26 qarşılaşma baş tutub.

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Zirə” də bu turnirdə növbəti sınaqlarına çıxlblar. “Bayquşlar” İrlandiya təmsilçisi “Sent-Patriks Atletik”i, “qartallar” isə Xorvatiya “Osiyek”ini qəbul ediblər. Evdə də uduzan “Sabah” avrokuboklarla vidalaşıb. Penaltilər seriyasından qalib ayrılan “Zirə” isə tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-off mərhələsində oynamaq imkanı qazanıb.

Xatırladaq ki, daha öncə “Hakken”, “Paks”, “Astana” və “Omoniya” komandaları Konfrans Liqasının pley-offuna vəsiqəni təmin ediblər.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

“Payde” (Estoniya) – “Hakken” (İsveç) 1:1 (1:6)
“Mornar” (Monteneqro) – “Paks” (Macarıstan) 2:2 (0:3)

14 avqust

“Astana” (Qazaxıstan) – “Hunedoara” (Rumıniya) 6:1 (2:1)
“Fehervar” (Macarıstan) – “Omoniya” (Kipr) 0:2 (0:1)

15 avqust

“Flora” (Estoniya) – “Vikinqur” (İslandiya) 1:2 (1:1)
“Legiya” (Polşa) – “Brondbü” (Danimarka) 1:1 (3:2)
“Pünik” (Ermənistan) – “Ordabası” (Qazaxıstan) 1:0 (1:0)
“Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) 0:1 (0:1)
“Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) 2:2, penaltilər 2:1 (1:1)
“Brann” (Norveç) – “Sent Mirren” (Şotlandiya) 3:1 (1:1)
ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) 1:0 (1:0)
“Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) 3:1 (1:1)
“Hapoel” (Beer Şeva, İsrail) – “Mlada Boleslav” (Çexiya) 2:4 (1:1)
“Banik” (Çexiya) – “Kopenhagen” (Danimarka) 1:0, penaltilər 1:2 (0:1)
“Pafos” (Kipr) – ÇSKA 1948 (Sofiya, Bolqarıstan) 4:0 (1:2)
“Şerif” (Moldoca) – “Olimpiya” (Sloveniya) 0:1 (0:3)
“Tromse” (Norveç) – “Kilmarnok” (Şotlandiya) 0:1 (2:2)
AEK (Afina, Yunanıstan) – “Noah” (Ermənistan) 1:0 (1:3)
“Başakşəhər” (Türkiyə) – “İberiya” (Gürcüstan) 2:0 (1:0)
“Drita” (Kosovo) – “Auda” (Latviya) 3:1 (0:1)
“Voyvodina” (Serbiya) – “Maribor” (Sloveniya) 1:0, penaltilər 2:4 (1:2)
“Zrinski” (Bosniya və Herseqovina) – “Botev” (Bolqarıstan) 2:0 (1:2)
“Gent” (Belçika) – “Silkeborq” (Danimarka) 3:2 (2:2)
“Slask” (Polşa) – “Sankt Qallen” (İsveçrə) 3:2 (0:2)
“Visla” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) 3:1, penaltilər 12:11 (1:3)
“Deçiç” (Monteneqro) – HJK (Finlandiya) 2:1, penaltilər 3:4 (0:1)
“Hayduk” (Xorvatiya) – “Rujomberok” (Slovakiya) 061 (0:0)
“Larne” (Şimali İrlandiya) – “Balkani” (Kosovo) 0:1, penaltilər 4:1 (1:0)
“Puşkaş Akademiyası” (Macarıstan) – “Ararat” (Ermənistan) 3:3 (1:0)
“Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Sürix” (İsveçrə) 2:0 (3:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: