“El klasiko”ya 1,1 milyon nəfər onlayn növbə gözləyir

İspaniya çempionu “Real”ın rəsmi rəsmi saytında 1,1 milyon nəfərə yaxın insan “el klasiko”ya onlayn növbə tutaraq gözləmədədir.

Arena.az məlumat verir ki, müraciət edərək növbə tutmuş bütün istifadəçilər oktyabrın 26-da baş tutacaq “Barselona” ilə oyuna bilet almaq istəyirlər.

Xatırladaq ki, “Real” “Barselona”nı “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək. Arena cəmi 81 min tamaşaçı tutumuna malıkdir. Göründüyü kimi, “el klasiko”ya bilet əldə edib düşmək də çox çətindir.

Vurğulayaq ki, bu, “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin iştirak edəcəyi ilk “el klasiko” oyunu olacaq.

10 oyundan 24 xalla “Real” La Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. 9 oyundan 24 xal toplamış “Barselona” isə La Liqanın yarış cədvəlinə başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: