Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun son günündə 16 qarşılaşma baş tutub.
Türkiyə klublarından “Fənərbaxça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasını sınağa çəkib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
“Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i (Fransa) ilə qarşılaşıb. İstanbul təmsilçisi çətin səfər matçından qələbə ilə qayıtmağı bacarıb.
Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. Yunanlar da səfərdə tək qolla qalib gəliblər.
Rumıniya təmsilçisi “Styaua” isə Şotlandiyada “Reyncers”lə üz-üzə gəlib və biabırçı hesabla uduzub.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunları noyabrın 6-da keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr
“Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) 4:3
Qollar: M.İkardi, 28. İ.Pettersson, 39-öz qapısına. B.A.Yılmaz, 44. Y.Akgün, 83 – Hult, 52. Baydu, 65-pen. Larsson, 90+2.
“Braqa” (Portuqaliya) – “Bodo Qlimt” (Norveç) 1:2
Qollar: Nyakate, 64 – Evyen, 53. Nielsen, 90+4.
24 oktyabr
“Roma” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0
Qol: Dovbik, 23-pen.
“Ayntraxt” (Almaniya) – RFS (Latviya) 1:0
Qol: Larsson, 79.
PAOK (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya) 2:2
Qollar: Tissudali, 84. Baba, 90+3 – Havel, 31. Vidra, 39.
“Makkabi” (Təl-Əviv, İsrail) – “Real Sosyedad” (İspaniya) 1:2
Qol: Turgeman, 81 – Paçeko, 19. S.Qomes, 64.
“Ferentsvaroş” (Macarıstan) – “Nitsa” (Fransa) 1:0
Qol: Bombito, 15-öz qapısına.
“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 0:3
Qollar: K.Teylor, 36. V.Veqhorst, 74. Ç.Akpom, 77.
“Midtyulland” (Danimarka) – “Yunion” (Belçika) 1:0
Qol: Diao, 18.
“Portu” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya) 2:0
Qollar: Djalo, 45+2. Samu, 75.
“Reyncers” (Şotlandiya) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Laurense, 10. Çernı, 31; 55. İqamane, 71.
“Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland) 1:0
Qol: Riçarlison, 52-pen.
“Olimpik” (Lion, Fransa) – “Beşiktaş” (Türkiyə) 0:1
Qol: J.Fernandes, 71.
“Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: En Nesiri, 49 – K.Eriksen, 15.
“Malmö” (İsveç) – “Olimpiakos” (Yunanıstan) 0:1
Qol: El Kaabi, 30.
“Atletik” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: N.Uilyams, 33.
“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) 2:0
Qollar: Edozi, 67. Dreyer, 90+5.
“Tvente” (Niderland) – “Latsio” (İtaliya) 0:2
Qollar: Pedro, 35. İsaksen, 87.



