AÇ-2024: Millimiz ilk xalını Estoniya ilə oyunda qazandı

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv F qrupundakı 3-cü sınağında Estoniya yığmasını qəbul edib.

Mərdəkandakı “Dalğa Arena” keçirilən oyunu Çexiyadan olan FIFA referisi Andrey Berka idarə edib.

Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzmuşdu. Estoniya yığması isə bir oyun keçirmişdi ki, həmin matçda da Avstriyaya 1:2 hesabıyla məğlub olmuşdu.

Bu görüşdə hesabı ilk yarıda estonlar açıblar. Amma komandamız fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıb. Görüşdə başqa qol qeydə alınmayıb və matç heç-heçə bitib. Beləcə, hər iki autsayder komanda ilk xalını qazanıb.

Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. Keçirdiyi əvvəlki iki oyundan maksimum nəticə ilə ayrılmış Avstriya yığması Belçikanın qonağı olacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
17 iyun

Azərbaycan – Estoniya 1:1
Qollar: Anton Krivotsyuk, 62 – Rauno Sappinen, 27.
Baş hakim: Andrey Berka (Çexiya).
Baş hakinin köməkçiləri: İvo Nadvornik, Kamil Hayek (Çexiya).
Dördüncü hakim: Dalibor Çerni (Çexiya).
VAR: Benua Millo (Fransa).
AVAR: Miroslav Zelinka (Çexiya).
Hakim-inspektor: Alon Yefet (İsrail).
Bakı, “Dalğa Arena”.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Coşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Estoniya: 12. Karl Hein, 2. Marten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kait, 6. Ramus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Şein, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Taiyo Teniste.
Baş məşqçi: Tomas Heberli.

Xal: Avstriya – 6. Belçika – 3. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: