“Opta Sports” statistik internet-portalının superkompüteri AÇ-2024-ün 1/8 final mərhələsinin hər bir cütünün favoritini müəyyən edib.
Arena.az AÇ-2024-ün 1/8 finalında qarşılaşacaq cütləri xatırladır:
İspaniya – Gürcüstan;
Almaniya – Danimarka;
Portuqaliya – Sloveniya;
Fransa – Belçika;
Rumıniya – Niderland;
Avstriya – Türkiyə;
İngiltərə – Slovakiya;
İsveçrə – İtaliya.
Beləliklə, “Opta Sports”un “dəmir parçası” hesab edir ki:
– İspaniya – Gürcüstan cütünü Pireney təmsilçisi qazanacaq;
– Çempionatın meydan sahibi Almaniya yığması şimal qonşusu Danimarka yığmasını evə əliboş yola salacaq;
– Portuqaliya yığması Sloveniya komandasını peşman edəcək;
– Rumıniya – Niderland cütündə isə “narıncılar”a qalib olacaqlar;
– Türkiyə millisi isə Avstriya yığmasına “yem olacaq”;
– İngiltərə yığması Slovakiya yığmasını məğlub edəcək;
– İsveçrə yığması isə cari Avropa çempionu İtaliya yığmasını adından məhrum edəcək.
Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.


