Alexandro Qrimaldo: “Həmişə Marselo kimi olmaq istəmişəm”

“Bayer”in sol cinah müdafiəçisi Alexandro Qrimaldo həmişə nümunə götürüb bənzəmək istədiyi futbolçudan danışıb.

Arena.az Qrimaldonun bu barədə fikirlərini təqdim edir:

“Mən həmişə Marselonu bəyənmişəm. Mən futbolçu kimi böyüyəndə, sol cinah müdafiəçisi kimi oynayanda onu “Real”da yaxından izləyirdim. Mənim üçün o, son illərin ən yaxşı sol cinah müdafiəçisidir. O, mənim ən çox özümü ən çox təcəssüm etdirdiyim futbolçudur. Marselo indiyə qədər gördüyüm ən yaxşı oyunçudur”, deyə ispan futbolçu braziliyalı ulduz müdafiəçi Marselo haqda vurğulayıb.

Xatırladaq ki, Alexandro Qrimaldo İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, “Bayer”ə 2023-cü ilin iyul ayında “Benfika”dan azad agent kimi gəlib.

Sol cinah müdafəçisi “Bayer”da indiyə qədər 33 oyuna çıxıb. İspan futbolçu bu görüşlərdə 11 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Qrimaldonun Almaniya klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Qrimaldo İspaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2023-cü ilin noyabr ayında əsas millidə debüt edib. Bu, müdafiəçinin sözügedən komandada hələlik yeganə oyunudur.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğindəq qiymətləndirir.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: