Avropa çempionatı: Belçika və Yunanıstan üzərində qələbə

Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız 8-ci tur çərçivəsində Belçika ilə, qadınlardan ibarət millimiz isə Yunanıstanla qarşılaşıb. Hər iki komandamız turu qələbə ilə başa vurub.

Belçika – Azərbaycan 1:3
Daniel Dardha – Şəhriyar Məmmədyarov 0,5:0,5
Kasper Beukema – Rauf Məmmədov 0:1
Lennert Lenarts – Nicat Abbasov 0,5:0,5
Adrian Rus – Vasif Durarbəyli 0:1

8 turdan sonra Azərbaycan millisi 8 xalla 20-ci pillədə qərarlaşıb. Millimiz əvvəlki turlarda Danimarka (1,5:2,5), Slovakiya (2,5:1,5), İsveç (3,5:0,5), Xorvatiya (1,5:2,5), Monteneqro (3:1) və Yunanıstan (1,5:2,5) və Moldova (1:3) ilə qarşılaşıb.

Azərbaycan – Yunanıstan 2,5:1,5
Günay Məmmədzadə – Stavrula Çolakidu 1:0
Ülviyyə Fətəliyeva – Anastasiya Avramidu 0,5:0,5
Xanım Balacayeva – Yekatirana Pavlidu 0,5:0,5
Gülnar Məmmədova – Marina Makropulu 0,5:0,5

8 turdan sonra Azərbaycan millisi 13 xala ikincidir. Yığmamız əvvəlki turlarda Sloveniya (2,5:1,5), Niderland (2,5:1,5), Polşa (3:1), Fransa (2:2), Almaniya (2,5:1,5), Bolqarıstan (1,5:2,5) və İngiltərə (3:1) ilə qarşılaşıb.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı sabah başa çatacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: