17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının 2023/2024 mövsümünün birinci mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, onlayn şəkildə baş tutan püşkatma mərasimində müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının da rəqibləri müəyyənləşib.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələ oyunları UEFA Millətlər Liqası formatında təşkil olunacaq. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası B Liqasında Malta, Xorvatiya və Lüksemburq yığmaları ilə birlikdə 3-cü qrupda qərarlaşıb. Bu qrupun oyunları 2, 5 və 8 oktyabrda Xorvatiyada təşkil olunacaq.
B Liqasında mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də 3-cü qrupda yer alıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Sloveniya, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 8, 11 və 14 noyabrda Sloveniyada keçiriləcək.


