Futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə vəsiqə qazanmış komandaların səbətləri müəyyənləşib.
Arena.az xəbər verir ki, qrup mərhələsinin püşkatma mərasimi öncəsi 32 iştirakçı UEFA reytinqindəki mövqelərinə uyğun olaraq hərəsində 8 komandanın olduğu 4 səbətə bölünüb.
Bu komandalar püşkatma zamanı hərəsində 4 komandanın olduğu 8 qrupda yer alacaqlar.
Səbətlərin tərkibi belədir:
1-ci səbət
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Brügge” (Belçika)
“Alkmar” (Niderland)
“Gent” (Belçika)
“Fənərbaxça” (Türkiyə)
“Lill” (Fransa)
“Ferentsvaroş” (Macarıstan)
2-ci səbət
PAOK (Yunanıstan)
“Slovan” (Bratislava, Slovakiya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Viktoriya” (Plzen, Çexiya)
“Aston Villa” (İngiltərə)
“Ludoqorets” (Bolqarıstan)
“Fiorentina” (İtaliya)
“Bodo Qlimt” (Norveç)
3-cü səbət
“Genk” (Belçika)
“Zarya” (Ukrayna)
“Astana” (Qazaxıstan)
“Beşiktaş” (Türkiyə)
HJK (Finlandiya)
“Legiya” (Varşava, Polşa)
“Spartak” (Trnava, Slovakiya)
“Olimpiya” (Lyublyana, Sloveniya)
4-cü səbət
“Zrinski” (Bosniya və Herseqovina)
“Klaksvik” (Farer adaları)
“Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya)
“Luqano” (İsveçrə)
“Breydablik” (İslandiya)
“Nordsyelland” (Danimarka)
“Balkani” (Kosovo)
Qeyd edək ki, Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün – sentyabrın 1-də Monako şəhərində keçiriləcək. Tədbirə Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
Sonda onu da xatırladaq ki, Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
1-ci tur – 21 sentyabr
2-ci tur – 5 oktyabr
3-cü tur – 26 oktyabr
4-cü tur – 9 noyabr
5-ci tur – 30 noyabr
6-cı tur – 14 dekabr


