Avropa Konfrans Liqasında pley-offa yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə məğlub etdiyi Kiyev “Dinamo”su ilə bu dəfə doğma meydanda qarşılaşıb. Bu dəfə də qələbə qazanan “qara qartallar” qrup mərhələsinə yüksəliblər.

“Adana Dəmirspor” da ilk oyunda minimal fərqlə uduzduğu “Genk”i öz meydanında sınağa çəkib. Amma penaltilər seriyasına qədər uzanan bu matçın yekununda sevinən tərəf Belçika təmsilçisi olub.

“Fənərbaxça” isə ilk oyunda darmadağın etdiyi “Tvente” ilə cavab görüşünə səfərdə çıxıb və yenə qalib gəlməklə sürprizə imkan verməyib.

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı HJK (Finlandiya) Rumıniya “Farul”u ilə üz-üzə gəlib. İlk oyunda uduzmuş Helsinki təmsilçisi evdə inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkü sentyabrın 1-də atılacaq.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
31 avqust

“Bodo Qlimt” (Norveç) – “Sepsi” (Rumıniya) 3:2 (ilk oyun 2:2)

HJK (Finlandiya) – “Farul” (Rumıniya) 2:0 (1:2)

“Breydablik” (İslandiya) – “Struqa” (Şimali Makedoniya) 1:0 (1:0)

APOEL (Kipr) – “Gent” (Belçika) 1:2 (0:2)

“Brann” (Norveç) – “Alkmaar” (Niderland) 3:3, penaltilər 5:6 (1:1)

“Viktoriya” (Çexiya) – “Tobol” (Qazaxıstan) 3:0 (2:1)

“Tvente” (Niderland) – “Fənərbaxça” (Türkiyə) 0:1 (1:5)

PAOK (Yunanıstan) – “Harts” (Şotlandiya) 4:0 (2:1)

“Adana Dəmirspor” (Türkiyə) – “Genk” (Belçika) 1:0, penaltilər 4:5 (1:2)

BATE (Belarus) – “Ballkani” (Kosovo) 1:0 (1:4)

“Beşiktaş” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0 (3:2)

“Çelye” (Sloveniya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:1 (1:4)

“Dnepr-1” (Ukrayna) – “Spartak” (Trnava, Slovakiya) 1:2 (1:1)

“Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Litva) 3:0 (4:0)

“Fiorentina” (İtaliya) – “Rapid” (Avstriya) 2:0 (0:1)

“Partizani” (Albaniya) – “Astana” (Qazaxıstan) 1:1 (0:1)

“Riyeka” (Xorvatiya) – “Lill” (Fransa) 1:1 (1:2)

“Brügge” (Belçika) – “Osasuna” (İspaniya) 2:2 (2:1)

“Ayntraxt” (Almaniya) – “Levski” (Bolqarıstan) 2:0 (1:1)

“Aston Villa” (İngiltərə) – “Hibernian” (Şotlandiya) 3:0 (5:0)

“Legiya” (Polşa) – “Midtyulland” (Danimarka) 1:1, penaltilər 6:5 (3:3)

“Partizan” (Serbiya) – “Nordsyelland” (Danimarka) 0:1 (0:5)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: