Avropa Liqasında ilk raundun ilk oyunları yekunlaşdı

Futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” səfərdə Moldova “Şerif”inə qalib gəlib.

Təmsilçimizin növbəti mərhələdəki potensial rəqiblərinin görüşündə isə “Elfsborq” öz meydanında “Pafos”un qapısından 3 cavabsız top keçirib.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab matçları bir həftə sonra baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
11 iyul

“Elfsborq” (İsveç) – “Pafos” (Kipr) 3:0

“Paks” (Macarıstan) – “Hunedoara” (Rumıniya) 0:4

“Rujomberok” (Slovakiya) – “Tobol” (Qazaxıstan) 5:2

“Şerif” (Moldova) – “Zirə” (Azərbaycan) 0:1

“Botev” (Bolqarıstan) – “Maribor” (Sloveniya) 2:1

“Visla” (Polşa) – “Llapi” (Kosovo) 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: