Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun son günündə 16 qarşılaşma baş tutacaq.
Türkiyə klublarından “Fənərbaxça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasını sınağa çəkəcək. “Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i (Fransa) ilə qarşılaşacaq.
Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Rumıniya təmsilçisi “Styaua” isə Şotlandiyada “Reyncers”lə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunları noyabrın 6-da keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr
“Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) 4:3
Qollar: M.İkardi, 28. İ.Pettersson, 39-öz qapısına. B.A.Yılmaz, 44. Y.Akgün, 83 – Hult, 52. Baydu, 65-pen. Larsson, 90+2.
“Braqa” (Portuqaliya) – “Bodo Qlimt” (Norveç) 1:2
Qollar: Nyakate, 64 – Evyen, 53. Nielsen, 90+4.
24 oktyabr
20:45. “Roma” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
20:45. “Ayntraxt” (Almaniya) – RFS (Latviya)
20:45. PAOK (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya)
20:45. “Makkabi” (Təl-Əviv, İsrail) – “Real Sosyedad” (İspaniya)
20:45. “Ferentsvaroş” (Macarıstan) – “Nitsa” (Fransa)
20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
20:45. “Midtyulland” (Danimarka) – “Yunion” (Belçika)
23:00. “Portu” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya)
23:00. “Reyncers” (Şotlandiya) – “Styaua” (Rumıniya)
23:00. “Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland)
23:00. “Olimpik” (Lion, Fransa) – “Beşiktaş” (Türkiyə)
23:00. “Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Malmö” (İsveç) – “Olimpiakos” (Yunanıstan)
23:00. “Atletik” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan)
23:00. “Tvente” (Niderland) – “Latsio” (İtaliya)


