Azərbaycan – Estoniya matçı çexiyalı hakimlərə tapşırıldı

Futbol üzrə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Estoniya matçının hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Andrey Berka olacaq. Ona yan xətt hakimləri İvo Nadvornik və Kamil Hayek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Dalibor Çerni yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan – Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da baş tutacaq. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: