Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti sınaq matçına çıxıb.
Arena.az xəbər verir ki, Füzuli Məmmədovun çalışdırdığı yığmamız ikinci yoxlama oyununda da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunun 2-ci meydançasında baş tutan oyun qolsuz bitib – 0:0.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 8-də eyni məkanda eyni rəqiblə daha bir yoxlama oyunu keçirmiş və 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi.
Yoxlama oyunu
11 iyun
Azərbaycan – Gürcüstan 0:0
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 2-ci meydança. Saat 18:00.
U-17 yığmamızın baş məşqçi Füzuli Məmmədov hazırlıq prosesinə bu 23 futbolçunu dəvət edib:
Ayxan Abbaszadə – Turan Tovuz
Həbib Hüşənov – Qəbələ
Ayxan Əlizadə – Sabah
Məsud Əlişanlı – İSM Academy (İtaliya)
Əhməd Tarverdiyev – Sabah
Məhəmməd İmaməliyev – Neftçi
Vüsal Paşayev – Sumqayıt
Nadir Orucov – Sumqayıt
Rəşad Alışov – Sabah
Tuncay Əhmədov – Sabah
Əkbər Məhərrəmov – Sabah
Ömər Kərimov – Qəbələ
Əmir Əliyev – Sabah
Babamirzə Mehdiyev – Sabah
Anar Hüseynov – Sabah
Ziya Şəkərxanov – Qəbələ
Sadiq Məmmədli – Neftçi
Nihad Orucəli – Sumqayıt
Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
Hikmət Cəbrayılzadə – Qarabağ
Amid Qasımov – Qarabağ
Həbib Qədimov – Qarabağ
Ümid Səlimov – Şamaxı


