Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 6-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutub.
İspaniyanın “Barselona” komandası Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Qarşılaşma ispanların çətin qələbəsiylə yekunlaşıb.
İngiltərə çempionu “Mançester Siti” İtaliyada “Yuventus”un qonağı olub. “Şəhərlilər” bu oyunda da 2 cavabsız qolla uduzublar.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. “Topçular” 3 cavabsız qolla qalib gəliblər.
“Atletiko” evdə “Slovan”ı, “Milan” “Srvena Zvezda”nı, “Lill” “Şturm Qras”ı, “Ştutqart” isə “Yanq Boyz”u məğlub edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna 2025-ci il yanvarın 21-də start veriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr
“Atletiko” (Madrid, İspaniya) – “Slovan” (Slovakiya) 3:1
Qollar: X.Alvares, 16. Qrizmann, 42; 57 – Ştreleş, 51-pen.
“Lill” (Fransa) – “Şturm Qras” (Avstriya) 3:2
Qollar: Sahraui, 37. Bakker, 45+2. Haraldsson, 81 – Kiteişvili, 45+4. Byeret, 47.
“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) 2:3
Qollar: Girassi, 60-pen; 78 – Rafinya, 53. F.Torres, 75; 85.
“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 2:0
Qollar: Vlahoviç, 53. Makkenni, 75.
“Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya) 0:0
“Arsenal” (İngiltərə) – “Monako” (Fransa) 3:0
Qollar: Saka, 34; 78. Haverts, 88.
“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 2:1
Qollar: Leao, 42. Abraham, 87.
“Feyenoord” (Niderland) – “Sparta” (Praqa, Çexiya) 4:2
Qollar: Trauner, 8. Payşamo, 10. H.Mussa, 30. S.Ximenes, 63 – Rahmani, 43. Belen, 79-öz qapısına.
“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 5:1
Qollar: Stiller, 25. Millo, 53. Fuhrix, 61. Vaqnoman, 66. Keytel, 75 – Lakomi, 6.



