Basketbol: U-16 millimiz Gürcüstana da qalib gəldi

16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu millimiz ikinci sınağında Gürcüstan yığma komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdə baş tutan qarşılaşma millimiz üçün uğurlu alınıb. Belə ki, basketbolçularımız yekunda 97:40 hesablı qələbəyə seviniblər.

Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya Gürcüstana qarşı keçirdikləri oyunu şərh edib. Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Rəqibimiz güclü idi. Sadəcə, sürətli oynaya bilmədilər. Biz də bundan yararlandıq. Hücum silahlarımızdan yaxşı istifadə etdik, çox istəkli idik. Oyunçularımız çox motivasiyalıdırlar. Zədəli basketbolçumuz yoxdur. Ümid edirəm ki, sabah da qələbə qazanacağıq. Azərbaycana ən yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik”.

Xatırladaq ki, baksetbol yığmamız ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub etmişdi. U-16 millimiz növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: