Almaniya çempionu “Bayern” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Münhen təmsilçisi Niderlandın “Ayaks” klubunun gənc yarımmüdafiəçisi Rayan Qravenberxi transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Almaniya mətbuatının yazdığına görə, “Bayern” bu transferə görə Niderland klubuna 18 milyon avro ödəyib. “Ayaks”ın bonuslarla əlavə 5 milyon avro qazanmaq şansı da var.
Rayan Qravenberx “Ayaks”ın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Ötən mövsüm Erediviziyada 30 oyuna çıxan futbolçu, 2 qolla yadda qalıb. Yarımmüdafiəçi bütövlükdə bu komandada 103 matça çıxıb, 12 qol vurub. Niderland yığmasında da 10 oyun keçirmiş Qravenberx 1 qola da imza atıb.


