Bernardo Oliveyra Dias “Araz-Naxçıvan”da

Portuqaliyalı mərkəz yarımmüdafiəçisi, “Benni” ləqəbi ilə daha çox tanınan Bernardo Oliveyra Dias “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, 2024/2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

Bernardo Oliveyra Dias son olaraq vətənində “Unian Torreense”nin formasını geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Benni daha öncə Portuqaliyanın “Farmasao”, “Oeyras”, “Belenenseş”, SAD, “Benfika B”, “Şaveş” və Kiprin “Doxa Katokopias” klublarında da çıxış edib.

“Araz-Naxçıvan” daha öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”), Karlos Jatoba (“Politexnika”, Rumıniya) və Bəxtiyar Həsənalızadəni (“Tuzlaspor”) də heyətinə qatmışdı.

Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə də yeni müqavilə imzalanıb.

Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: