“Beşiktaş” Avropa Liqasında “Ayaks”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə 9 qarşılaşma baş tutub.

Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi “Tottenhem” – “Qarabağ” matçı ilə yanaşı, maraqlı oyunlardan biri İtaliyada keçirilib. “Roma” klubu doğma meydanda İspaniyanın “Atletik” komandası ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.

“Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i “Olimpiakos”la Fransada üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Rumıniya təmsilçisi “Styaua” isə evdə Latviyanın RFS komandasını böyük hesabla məğlub edib. “Ayaks” (Niderland) da doğma meydanda “Beşiktaş”ı (Türkiyə) 4 cavabsız qolla yenib. “Malmö” (İsveç) isə “Reyncers”ə (Şotlandiya) evdə uduzub.

Türkiyənin bu turnirdəki digər təmsilçisi “Fənərbaxça” evdə Belçika “Yunion”undan güclü olub.

Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 2-ci turuna oktyabrın 3-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr

“Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) 2:1
Qollar: Ç.Söyüncü, 26. Burqess, 82-öz qapısına – Saykes, 90+3.

“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) 0:2
Qollar: Bayrami, 1. Makkausland, 76.

“Roma” (İtaliya) – “Atletik” (İspaniya) 1:1
Qollar: Dovbik, 32 – Paredes, 85.

“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) 4:0
Qollar: Fitz-Jim, 31. Qodts, 51; 73. K.Teylor, 55.

“Ayntraxt” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) 3:3
Qollar: Ekitike, 38. Ebimbe, 62. Kristensen, 67 – Şults, 41. Adu, 86. Jemelka, 90+3.

“Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 3:0
Qollar: B.Conson, 12. P.Sarr, 53. D.Solanke, 68.

“Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail) 2:1
Qollar: Bruma, 88; 90+5-pen – Davida, 30.

“Olimpik” (Lion, Fransa) – “Olimpiakos” (Yunanıstan) 2:0
Qollar: Şerki, 65. Benrahma, 71.

“Styaua” (Rumıniya) – RFS (Latviya) 4:1
Qollar: Birliqea, 8. Stefenesku, 32. Olaru, 58; 69 – Lipuşçek, 23.