“Beşiktaş”la “Fənərbaxça”dan növbəti qələbə – Konfrans Liqasında

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin əskər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Türkiyə təmsilçilərindən “Beşiktş” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Beş qolluq qarşılaşma İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Adana Dəmirspor” da “Genk”in qonağı olub. Lakin “Beşiktaş”dan fərqli, Adana təmsilçisi ilk matçından məğlub ayrılıb.

“Fənərbaxça” isə ilk oyunu doğma meydanda “Tvente”yə qarşı keçirib. İstanbul klubu darmadağına sevinib.

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı HJK (Finlandiya) isə Rumıniya “Farul”u ilə üz-üzə gəlib. Helsinki təmsilçisi üç qolluq bu görüşdən məğlubiyətə ayrılıb.

Avropa Konfrans Liqasında pley-off mərhələsini cavab görüşləri avqustun 31-nə təsadüf edəcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
23 avqust

“Spartak” (Trnava, Slovakiya) – “Dnepr-1” (Ukrayna) 1:1

“Hibernian” (Şotlandiya) – “Aston Villa” (İngiltərə) 0:5

24 avqust

“Astana” (Qazaxıstan) – “Partizani” (Albaniya) 1:0

“Tobol” (Qazaxıstan) – “Viktoriya” (Çexiya) 1:2

“Struqa” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) 0:1

“Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan) 0:4

“Nordsyelland” (Danimarka) – “Partizan” (Serbiya) 5:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) 2:3

“Farul” (Rumıniya) – HJK (Finlandiya) 2:1

“Fənərbaxça” (Türkiyə) – “Tvente” (Niderland) 5:1

“Levski” (Bolqarıstan) – “Ayntraxt” (Almaniya) 1:1

“Makkabi” (Təl-Əviv, İsrail) – “Çelye” (Sloveniya) 4:1

“Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya) 1:0

“Sepsi” (Rumıniya) – “Bodo Qlimt” (Norveç) 2:2

“Genk” (Belçika) – “Adana Dəmirspor” (Türkiyə) 2:1

“Gent” (Belçika) – APOEL (Kipr) 2:0

“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya) 2:1

“Midtyulland” (Danimarka) – “Legiya” (Polşa) 3:3

“Osasuna” (İspaniya) – “Brügge” (Belçika) 1:2

“Alkmaar” (Niderland) – “Brann” (Norveç) 1:1

“Ballkani” (Kosovo) – BATE (Belarus) 4:1

“Harts” (Şotlandiya) – PAOK (Yunanıstan) 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: