Bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2023/2024 mövsümünün final oyunu keçiriləcək və yeni qalib müəyyənləşəcək.
Arena.az xəbər verir ki, final matçında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları üz-üzə gələcəklər.
Afinadakı “AEK Arena”da baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Görüşü portuqaliyalı Artur Diasın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Avropa Konfrans Liqası
Final
29 may
23:00. Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya)
Baş hakim: Artur Dias (Portuqaliya)
Afina. “AEK Arena”.


