Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 29-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Auqsburq” və “Ştutqart” komandaları üz-üzə gəlib. Matçda hesabı meydan sahibləri açsalar da, fasilədən sonra qonaqlar məğlubiyyətdən xilas olmağı bacarıblar.
29-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
29-cu tur
21 aprel
Auqsburq – Ştutqart 1:1
Qol: Delyo, 8 – Endo, 78.
22 aprel
17:30. Bohum – Volfsburq
17:30. Herta – Verder
17:30. Hoffenhaym – Köln
17:30. Maynts – Bayern
20:30. Borussiya (Dortmund) – Ayntraxt
23 aprel
17:30. Frayburq – Şalke
19:30. Bayer – Leypsiq
21:30. Borussiya (Mönhenqladbax) – Union Berlin


