Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 26-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Ayntraxt”la “Bohum” komandaları üz-üzə gəliblər. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
26-cı turun qalan qarşılaşmaları şənbə və bazar günlərində baş tutacaq.
Almaniya Bundesliqası
26-cı tur
31 mart
Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.
1 aprel
17:30. Frayburq – Herta
17:30. Leypsiq – Maynts
17:30. Şalke – Bayer
17:30. Union Berlin – Ştutqart
17:30. Volfsburq – Auqsburq
20:30. Bayern – Borussiya (Dortmund)
2 aprel
17:30. Köln – Borussiya (Mönhenqladbax)
19:30. Verder – Hoffenhaym


